Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır.
== Botaniki təsviri ==
1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.